Cümə, 03 May

Rusiyadan nüvə hədəsi: "Şeytan 2" üçün gözlənilən AÇIQLAMA GƏLDİ

image

Moskva Qərblə gərginliyi pik həddə çatdıracaq addım atdı. Nüvə döyüş başlıqları daşıya bilən “Satan 2” raketini payızda Krasnoyarsk vilayətində yerləşdirəcək.

Xəbər verilir ki, bu barədə “Roskosmos” kosmik agentliyinin rəhbəri Dmitri Roqozin açıqlama verib.

Belə ki, Roqozin Rusiya dövlət televiziyasına bildirib ki, raketlər Moskvadan təqribən 3 min kilometr şərqdə, Sibirin Krasnoyarsk vilayətinin Uxur şəhərində yerləşdiriləcək.

Digər tərəfdən Britaniya mətbuatı raketlərin payızda bölgəyə yerləşdiriləcəyini açıqlayıb.
Eyni xəbərdə, Rusiya ordusunun “Şeytan 2” (Satan-2) olaraq xarakterizə etdiyi “RS-28 Sarmat” raketinin İngiltərə ölçüsündə bir ərazini bir anda xəritədən silmək gücündə olduğu bildirilib.

Bildirilir ki, “Satan 2” İkinci Dünya Müharibəsi zamanı ABŞ-ın Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atdığı atom bombalarından 2000 dəfə güclüdür.

Raketin ən azı 10 nüvə başlığına sahib ola biləcəyi də məlumatlar arasındadır.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin tərəfindən qorunan “Satan 2” raketləri Rusiyanın paytaxtı Moskvadan atıldıqda İngiltərənin paytaxtı Londona çata biləcək mənzilə malikdir. Yəni Rusiya çəkindirici güc çərçivəsində sözügedən raketlə bütün Avropa paytaxtlarını vurmaq gücünə sahibdir.

Putin “Sarmat” qitələrarası ballistik sisteminin tamamlanmaq üzrə olduğunu təsdiqləyib və TASS xəbər agentliyinə ,“Sarmat üzərində iş fəal şəkildə gedir və hazırda son mərhələdədir” – deyə bildirib.

Həmçinin Rusiya bu yaxınlarda adi və ya nüvə başlığı daşıya bilən hipersəsli “Zirkon” raketinin yeni görüntülərini paylaşıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15